Rusiya, Azərbaycan və İran arasında nəqliyyat sahəsi üzrə üçtərəfli görüş keçiriləcək
Siyasət
15.01.2025 02:34
Rusiya, Azərbaycan və İran arasında yanvarın 28-də nəqliyyat sahəsi üzrə üçtərəfli görüş keçiriləcək.
TodayPress “Irna “ agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq və Rusiyanın nəqliyyat naziri Roman Starovoyt arasında baş tutan danışıqlarda məlumat verilib.
"Videobağlantı
şəklində keçirilən görüşdə tərəflər birgə əməkdaşlığa dair anlaşma
memorandumunun hazırlanması və 2025-ci il üçün yol xəritəsinin hazırlanması,
Rəşt-Astara dəmir yolunun tikintisi, yanvarın 28-də İran-Rusiya-Azərbaycan
üçtərəfli görüşünün keçirilməsi, o cümlədən Xəzər dənizinin şərq hissəsinin
buraxılış gücündən maksimum istifadə edilməsi kimi bir sıra məsələləri müzakirə
ediblər" agentlik qeyd edib
İranlı nazir Əmirabad və
Xəzər limanlarının dəmir yolu şəbəkəsinə qoşulmasını və Şimal-Cənub dəhlizinin
kommersiyalaşdırılması üçün tədbirlərin görülməsini nəzərə alaraq Xəzər
dənizindən maksimum istifadənin zəruriliyini vurğulayıb.
tag: Azərbaycan, Rusiya, İran, Görüş, Nəqliyyat, todaypress.az,