Rusiya aviaşirkəti Azərbaycana uçuşları ləğv etdi

Siyasət

28.12.2024 15:38

Rusiyanın "Azimut" aviaşirkəti Mineralnıye Vodı və Soçidən Azərbaycana uçuşları ləğv edib.

TodayPress, "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, "Azimut" Mineralnıye Vodıdan Bakı və Gəncəyə, həmçinin Soçidən Bakıya reyslərini dayandırıb. Buna səbəb kimi Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin uçuş icazəsini ləğv etməsi göstərilir.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u isə sağ qalıb.

tag: Rusiya, Azərbaycan, Uçuş, Ləğv ,todaypress.az,