Rusiya ABŞ ilə üz-üzə: Kurska hücum necə nəticələnəcək? – ŞƏRH
“ABŞ
Ukraynanın Kurskun bir hissəsini ələ keçirdiyi vaxtda ona dəstək verməklə
Rusiyaya əzələ nümayiş etdirir”.
Politoloq
Samir Hümbətov bunu TodayPress-ə açıqlamasında bildirib.
Onun
sözlərinə görə, artıq ABŞ Rusiyanın “yumşaq damarını” tutub:
“ABŞ
bugünədək Ukraynaya dəstək göstərdi və Rusiyadan hansısa ciddi reaksiya almadı.
Sonda ən ağır silahları belə Ukraynaya verməyə başladı. Rusiyadan yenə heç bir
səs çıxmadı. Belə olduqda düşündü ki, Rusiyanın ABŞ ilə üz-üzə gəlmək cəsarəti
yoxdur və işini davam etdirdi. Əslində bu bir tərəfdən riskli addımdır və
münaqişəni daha da alovlandırmaq məqsədi daşıyır. ABŞ bilir ki, Rusiya ona hücum edən deyil. Ən
yaxşı halda Kiyevə raket ata bilər. Ondan o tərəfə keçə bilməz. İndiyə qədərki
vəziyyət bunu deməyə əsas verir”.
Analitik hesab edir ki, ABŞ Ukraynanın Kurskda daha geniş ərazini nəzarətə götürməsini və Rusiya ilə masaya oturanda əlinin nisbətən də olsa, güclü olmasını istəyir. Ukrayna isə risklər olsa belə, "ən güclü müdafiə hücumdur" prinsipi ilə hərəkət edir:
“Düşünürəm ki, Rusiya ərazilərinin Ukraynanın nəzarətinə keçdiyi bir vaxtda ABŞ-nin Ukraynaya dəstək verməsi sırf onun Rusiya-Ukrayna cəbhəsində istədikərinə nail olmasına hesablanıb”.
Qeyd
edək ki, ABŞ prezidenti Cozef Baydenin administrasiyası Ukrayna qoşunlarını
Rusiyanın Kursk vilayətində saxlamaq və hücumu genişləndirməkdə kömək
edib-etməmək barədə müzakirələr aparır. Pentaqon rəsmilərinin sözlərinə görə,
hələ bu barədə yekun qərar verilməyib.
Günəş
Mərd
tag: ABŞ,Ukrayna,Kursk,Dəstək,Qərb,todaypress.az,
