Roma Papası Azərbaycana və Ermənistana müraciət etdi
Roma Papası Fransisk Pasxa mesajında Azərbaycan və Ermənistana qısa zamanda sülh razılaşmasına nail olmağa çağırıb.
TodayPress xəbər verir ki, bu barədə “Vatican News” məlumat yayıb.
Pontifik iki ölkə arasında yekun barışığa və regionun bərpasına ümid etdiyini bildirib.
"Sülh tərksilahsız mümkün deyil. Hər bir xalqın öz müdafiəsini təmin etməsi zərurətini dərk edərək, bunun qlobal silahlanma yarışına çevrilməsinin qarşısını almaq vacibdir" müraciətdə deyilir.
O, bu il Pasxa bayramının həm katoliklər, həm də pravoslavlar tərəfindən qeyd edildiyi Müqəddəs Torpaqda sülhə çağırıb.
"Mən Fələstində və İsraildə əziyyət çəkən xristianlara, eləcə də bütün İsrail və Fələstin xalqına yaxınlığımı bildirirəm" o söyləyib.
Pontifik həmçinin Livan və Suriyadakı xristian icmaları üçün dualar etməyə və Rusiya - Ukrayna müharibəsində tərəfləri sülhə çağırıb.
Son 11 ildə ilk dəfə olaraq pravoslav və katolik Pasxa tarixləri üst-üstə düşüb.
tag: Roma Papası,Azərbaycan,Ermənistan,Pasxa,todaypress.az,