Rəsmi Bakı Zaxarovanın bəyanatına cavab verdi
Siyasət
24.07.2024 15:18
Azərbaycan Rusiyada və başqa platformalarda Ermənistanla danışıqlara hər zaman hazır olub.
TodayPress xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın Moskvanın tərəflərin görüşünü təşkil etməyə hazır olması barədə bəyanatlarına münasibət bildirərkən deyib.
“Azərbaycan tərəfi Rusiyada və digər platformalarda Ermənistan tərəfi ilə danışıqlara hər zaman hazır olub” deyə o, bildirib.
tag: XİN, Ayxan Hacızadə, Azərbaycan, Rusiya, Mariya Zaxarova, Moskva, todaypress.az,