Rəsmi Bakı Suriyada vəziyyət sabitləşəndən sonra ikitərəfli münasibətlərin bərpa olunacağına ümidvardır
Siyasət
10.12.2024 20:17
Azərbaycan Suriyada vəziyyət sabitləşəndən
sonra Azərbaycanla Suriya arasında ikitərəfli münasibətlərin bərpa olunacağına,
əməkdaşlığın qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipi əsasında inkişaf
edəcəyinə ümidvardır.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Xarici
İşlər Nazirliyinin (XİN) Suriyada son vəziyyət barədə bəyanatında bildirilir.
Eyni zamanda, Azərbaycanın Suriyada səfirliyinin mövcud
olmamasına baxmayaraq, Suriyada Azərbaycan vətəndaşlarının sayının və yerinin
müəyyən edilməsi istiqamətində iş aparılır.
Azərbaycan həmçinin 2020-ci ildən başlayaraq Türkiyə
Respublikasının ərazisi vasitəsilə həyata keçirilməkdə olan vətəndaşlarımızın
Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiyasıyası işini davam etdirəcək.
tag: Bakı, Suriya, Türkiyə, Münaqişə ,Azərbaycan, todaypress.az,