Qvineya-Bisau rəhbəri İlham Əliyevə başsağlığı verdi
Siyasət
26.12.2024 22:57
Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo
"Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması
ilə əlaqədar Prezident İlham Əliyevə başsağlığı verib.
TodayPress-in xəbərinə görə, başsağlığı məktubunda deyilir:
Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
“Azərbaycan
Hava Yolları”na məxsus sərnişin təyyarəsinin dekabrın 25-də çoxsaylı insanın
faciəli şəkildə həlak olması ilə nəticələnən qəzaya uğraması xəbərini dərin
kədər hissi ilə qarşıladım.
Bu matəm
günündə Zati-alinizə və Azərbaycan xalqına Qvineya-Bisau xalqının adından və öz
adımdan dərin hüznlə başsağlığı verirəm.
Zati-aliləri,
əziz Qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
tag: İlham Əliyev, Prezident,Qvineya- Bisau, Umaru, todaypress.az,