Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM
Siyasət
20.12.2024 16:21
Qulu Məmmədqulu oğlu Məhərrəmliyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
TodayPress xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qulu Məhərrəmliyə Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezidentin fərdi təqaüdü veriləcək.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
tag: Qulu Məmmədli, Azərbaycan,Prezident,Təqaüd,Sərəncam,