Qazaxıstandan AZAL-ın təyyarəsi ilə bağlı yeni açıqlama
Qazaxıstan “Azərbaycan Hava Yolları”nın (AZAL) təyyarə qəzasını araşdırmaq üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatı ilə əməkdaşlığı davam etdirəcək.
TodayPress xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.
Xatırladaq ki, Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb.
Bundan sonra Qroznı hava limanına enişinə icazə verilməyən və uçuş istiqaməti məcburi dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.
tag: Qazaxıstan,AZAL,Təyyarə,Araşdırma,Todaypress.az,