Qazaxıstan Prezidenti İlham Əliyevi təbrik etdi
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev
Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
TodayPress
xəbər verir ki, məktubda deyilir:
Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham
Heydər oğlu.
Sizi və qardaş
Azərbaycan xalqını İslam ümmətinin böyük bayramı – Ramazan münasibətilə
səmimi-qəlbdən təbrik edirəm.
Qoy
bəşəriyyətin mənəvi saflaşmasının və hərtərəfli təkmilləşməsinin başlanğıcı
olan bu müqəddəs bayramda xalqlarımızın birliyi möhkəmlənsin, xoşbəxtliyi
artsın.
Hörmətli İlham
Heydər oğlu, bütün müsəlmanların səbirsizliklə gözlədiyi və böyük sevinclə qeyd
etdiyi bu müqəddəs bayram münasibətilə Sizə xoşbəxtlik və məsuliyyətli işinizdə
böyük uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzu edirəm.
Allah
niyyətlərimizi, xeyirxah əməllərimizi qəbul etsin, hamımız bir Ramazandan o
biri Ramazana, bir ildən digərinə uğurla keçək.
Ramazan
bayramınız mübarək!
tag: Qazaxıstan, İlham Əliyev, Təbrik, Rmazan,Bayram,Kasım-Jomart Tokayev, todaypress.az,