Qazaxın 7 kəndinin işğalında 137 milyon manatdan artıq maddi ziyan vuruldu
Qazax rayonunun 7
kəndinin – Bağanis-Ayrım, Aşağı Əskipara, Xeyrimli, Barxudarlı, Sofulu,
Qızılhacılı, Yuxarı Əskiparanın işğalı nəticəsində 3 159 dinc sakin didərgin
salınıb.
TodayPress xəbər verir ki, bu barədə dövlət
ittihamçısı Fuad Musayev sülh və insanlıq əleyhinə, müharibə və digər ağır
cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində söyləyib.
O qeyd edib ki, xüsusi və dövlət mülkiyyətində olan
ümumilikdə 896 əmlak üzrə 137 milyon manatdan artıq maddi ziyan vurulub.
tag: Qazax, Ayr;m, "skipara, Ziyan, Ermənistan, İşğal, todaypress.az,