"Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz" kitabının III cildi təqdim edildi
“Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz" kitabının III cildi təqdim edilib.
TodayPress xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin (STM) dəstəyi ilə hazırlanan kitabın təqdimatı "Deportasiyaya uğrayan irsin izi ilə" elmi-praktik konfransda baş tutub.
İlk olaraq Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə millət vəkili, STM-in idarə heyətinin sədri Zahid Oruc açıb.
Qeyd edilib ki, kitabda müvafiq başlıqlı cədvəllər üzrə Qərbi Azərbaycan torpaqlarında müxtəlif dövrlərdə, xüsusilə 1987-1991-ci illərdə azərbaycanlıların sonuncu deportasiyasından sonra qalan, haqqında az məlumat olan 144 sayda abidənin tarixi, təsnifatı, növü, əhəmiyyəti, mövcud vəziyyəti və onlar haqqında qısa məlumat abidənin təsviri, ölçüləri ilə əlaqədar informasiyalar öz əksini tapıb.
Qiymət Mahir
tag: Qayıdış,Qərb,STM,Qərbi Azərbaycan,Todaypress.az,