Qasım Mohiuddin : “Pakistan höküməti bunu qəbul etmir”

Siyasət

08.05.2025 15:34

21

“Hindistan dərhal birtərəfli və qeyri-qanuni şəkildə Hind çayı haqqında müqaviləni dayandırıb”. 

TodayPress xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, bu, sağlam düşüncəyə sığmayan bir məsələdir və heç bir məntiqə sığmır”.   

“Bu müqavilə Hindistan və Pakistan arasında çayların axınına zəmanət verirdi. Bu qanunsuzdur və Pakistan höküməti bunu qəbul etmir”.   

Töhfə Səməd

tag: Pakistan,Səfir,Hindistan,Münaqişə,Todaypress.az,