Qasım Mohiuddin : “Hindistan sülh yolunu seçməyən istənilən dövləti pis qarşılayır”

Siyasət

08.05.2025 15:29

21

“Türkiyə prezidenti, Türkiyə hökuməti və Türkiyə xalqı dərhal Pakistana qarşı istənilən təcavüzü qınadı. Azərbaycan hökuməti də dərhal Hindistan hökumətinə müraciət edərək birtərəfli addımlardan çəkinməyə çağırdı”. 

TodayPress xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Hindistanın Azərbaycan və Türkiyəyə qarşı apardığı boykot kampaniyası haqqında jurnalistlərə danışarkən deyib.

“Təəssüf ki, Hindistan hökuməti hazırda sülh yolunu seçməyə və ya daha sağlam düşünülmüş addımlar atmağa çağıran istənilən dövləti mənfi şəkildə qarşılayır. Bu isə çox təəssüf doğurur, çünki Hindistan hökuməti heç bir konstruktiv məsləhəti nəzərə almağa hazır deyil. Bu da bir daha sual yaradır: Belə bir rejimə nüvə silahı kimi təhlükəli güclərin etibar edilməsi nə dərəcədə məqbuldur?”.   

Töhfə Səməd

tag: Pakistan,Səfir,Hindistan,Münaqişə,Todaypress.az,