Qafqazda yeni sərhədlər, yeni təsir dairləri formalaşır
Siyasət
04.11.2024 11:35
“Cənubi Qafqazda yeni “Berlin divarı” formalaşır”.
TodayPress xəbər verir ki, bunu “Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi lobbiçilik beynəlxalq hüquqa maneədir” mövzusunda kitab təqdimatına həsr edilmiş dəyirmi masada Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.
Onun sözlərinə görə, bunun nəticəsində Qafqazda yeni sərhədlər, yeni təsir dairləri formalaşır və Ermənistan özünü Avropanın sevimli uşağı kimi göstərməyə çalışır, Azərbaycan Avropadan qıraqda qalır və təcrid olunur.
“Digər tərəfdən Azərbaycana qarşı yeni silahlanma prosesi gedir ki, biz yeni hücumlarla qarşı-qarşıya qala bilirik. Bizim bank sisteminə, enerji infrastrukturuna ümumiyyətlə, cəmiyyətimizə qarşı hibertəhlükəsizlik problemləri də yaranır" o əlavə edib.
Günəş Mərd
tag: Fariz İsmayılzadə, Avropa, Silahlanma, Cənubi Qafqaz,Azərbaycan, todaypress.az,