Qabon prezidenti İlham Əliyevi təbrik etdi

Siyasət

31.03.2025 14:05

2730

Qabon Respublikasının keçid dövrü Prezidenti Bris Kloter Oliqi Nqema Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. 

TodayPress xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident. 

Müsəlman icmasının müqəddəs Ramazan bayramını qeyd etdiyi bir vaxtda Sizə, ailənizə səmimi təbriklərimi, cansağlığı, xoşbəxtlik və firavanlıq arzularımı çatdırıram. 

Ramazan ayı müsəlmanlar üçün sülh, əmin-amanlıq və yüksək mənəviyyat dövrüdür. Bu ay həm də şəxsi inkişaf mənbəyi, təfəkkür və ünsiyyət baxımından mühüm əhəmiyyətə malikdir.

Ümid edirəm ki, bu mübarək ay ümumbəşəri paylaşma, həmrəylik və alicənablıq dəyərlərinin möhkəmləndirilməsinə töhfə verəcək, bu günün əsas çağırışları qarşısında fəaliyyətimizi birləşdirəcək. Cənab Prezident, Sizə ən yüksək ehtiramımı bildirirəm".

tag: Prezident,İlham Əliyev,Ramazan ,Bayram,Todaypress.az,