Putin, Lukaşenko və Rəhmon İlham Əliyevə zəng etdilər
Martın 15-də Moskvada qeyri-rəsmi görüş
keçirən Rusiya Federasiyanın Prezidenti Vladimir Putin, Belarus Respublikasının
Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Prezidenti Emoməli Rəhmon
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng ediblər.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan
Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Səmimi və dostluq mühitində keçirilmiş telefon söhbəti
zamanı prezidentlər dövlətlərarası münasibətlərin gələcək inkişafına dair fikir
mübadiləsi aparıblar.
Vladimir Putin dövlət başçısını Böyük Vətən
Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənəli
tədbirlərə dəvət edib.
Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını
bildirib.
Dövlət baçşıları Moskvada Qələbənin 80 illiyi ilə bağlı
keçiriləcək tədbirlərdə görüşəcəkləri barədə razılaşıblar.
tag: İlham Əliyev, Belarus, Rusiya, Putin,Telefon,Tacikistan, Zəng, Rəhmon, todaypress.a,