Prezident Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazası ərazisindəki “Milli Aerokosmik Elm və Texnologiya Parkı”nda hərbi sərgi ilə tanış oldu - YENİLƏNDİ
Siyasət
12.07.2024 19:55
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyulun 12-də İslamabadda Pakistan Hərbi Hava Qüvvələrinin
Nur Xan bazasının ərazisindəki “Milli Aerokosmik Elm və Texnologiya Parkı”nda
(NASTP) hərbi sərgi ilə tanış olub.
TodayPress xəbər
verir ki, dövlətimizin başçısına sərgi haqqında məlumat verildi.
Bildirildi ki, müxtəlif bölmələrdən
ibarət sərginin “NASTP Alpha” hissəsində Pakistan Hərbi Hava Qüvvələrinin
aviasiya vasitələri, kosmos, radar, simsiz rabitə sistemləri, simulyatorlar,
kibertexnologiyalar, informasiya texnologiyaları, proqram təminatı və süni
intellekt sahələrində məhsullar nümayiş etdirilir. Bu bölmədə, həmçinin “NASTP
PSDP”, Təlim, Sertifikatlaşdırma və Aviasiya Xidmətləri bölmələri yerləşir.
NASTP özündə İnkişaf etməkdə olan Sistemlər və Texnologiyalar İnstitutu (NIEST)
bir neçə imza təlim mərkəzini, eyni zamanda, İnkişaf Edən Texnologiyalar və
Sistemlər Məktəbini birləşdirir. Sərginin “NASTP Alpha” hissəsində Aviasiya
Universitetinin Milli Kibertəhlükəsizlik Mərkəzi yerləşir.
NASTP Aviasiya Akademiyası
“Milli Aerokosmik Elm və Texnologiya Parkı”nın qabaqcıl layihəsi olmaqla dünya
səviyyəli təlim institutu və uçuş, təhlükəsizlik və texniki xidmət üzrə təlimlər
üçün regional mərkəzə çevrilmək niyyətindədir.
Sərginin “Alpha Techno” guşəsində isə istər startap, istərsə də yaradılmış biznes və ya müəssisələrlə bağlı maneəsiz və sərfəli iş sahəsi həlləri təqdim olunur.
***
13:31
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də İslamabadda Pakistan Hərbi
Hava Qüvvələrinin Nur Xan bazasının ərazisindəki "Milli Aerokosmik Elm və
Texnologiya Parkı"nda hərbi sərgi ilə tanış olub.
tag: İlham Əliyev, Pakistan, Hərbi sərgi, Səfər, todaypress.az,