Prezident Mövlud Çavuşoğluya başsağlığı verdi

Siyasət

18.04.2025 12:55

19

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğluya atasının vəfatı ilə bağlı başsağlığı məktubu göndərib. 

TodayPress xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Çavuşoğlu.  Ailənizə üz vermiş ağır itki – atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.  Bu üzüntülü anlarda dərdinizə şərik çıxır, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.  Allah rəhmət eləsin!".

tag: Prezident,İlham Əliyev,Mövlud Çavuşoğlu,Türkiyə,Todaypress.az,