Prezident Küveyt Vəliəhdi ilə görüşdü - YENİLƏNDİ - FOTO
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Küveyt Dövlətinin Vəliəhdi
Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb.
TodayPress xəbər verir ki, qonaq Prezident İlham Əliyevə BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının -
COP29-un Liderlər Sammitinin açılış mərasimindəki məzmunlu çıxışına görə minnətdarlığını
bildirdi.
O, dövlətimizin
başçısının Azərbaycanla Küveyt arasında əməkdaşlığın inkişafına daim öz dəstəyini
verdiyini vurğuladı.
Söhbət zamanı
birgə iqtisadi komissiyanın fəaliyyətinin canlandırılması qeyd olundu, turizm
sahəsində əməkdaşlığa toxunuldu, Küveytdən olan turistlərin Azərbaycana səfərlərindən
məmnun qaldıqları vurğulandı.
Görüşdə ikitərəfli
münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
***
15.15
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 12-də Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid
əl-Həməd əl-Sabah ilə görüşüb.
tag: Prezident, İlham Əliyev, Küveyt,Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah, todaypress.az,
