Prezident: İqtisadi imkanlar artdıqca biz sosial məsələlərin həllinə də daim diqqət göstərəcəyik
Siyasət
07.01.2025 21:07
Prezident İlham Əliyev
yanvarın 7-də yerli telekanallara müsahibəsində Azərbaycanda sosial sahədə
atılan addımlardan danışıb.
TodayPress xəbər
verir ki, bu il yanvarın birindən minimum əməkhaqqının və pensiyanın artdığını
vurğulayan dövlətimizin başçısı deyib:
“Bu qədər böyük sərmayə
qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə
bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə
deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha
yaxşı yaşamalıdırlar. Cəmiyyətdə də, siyasətdə də, ailədə də hər şey ədalətli
olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub”.
Son bir neçə il
ərzində dörd sosial paketin həyata keçirildiyini vurğulayan Prezident, həmçinin
qeyd edib: “İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə -
minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də
daim diqqət göstərəcəyik”.
tag: İlham Əliyev, Prezident, Tv, Müsahibə, Əməkhaqqı, Pensiya, Qarabağ, todaypress.az,