Prezident İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul etdi- YENİLƏNDİ
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da
İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharanini qəbul edib.
TodayPress xəbər verir ki, söhbət zamanı Bakıda
keçirilən Asiya Parlament Assambleyasının “Asiyada çoxtərəfli əməkdaşlığın
gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr edilmiş
15-ci plenar sessiyasının önəminə toxunuldu, bu tədbirin parlamentlərarası
əməkdaşlığın gücləndirilməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olundu.
Görüşdə Azərbaycanla İndoneziya arasında əlaqələrin
perspektivləri, həmçinin parlamentlərimiz arasında əməkdaşlıq məsələləri barədə
fikir mübadiləsi aparıldı.
Qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.
***
20:39
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da
İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharanini qəbul edib.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan
Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
tag: İdoneziya, Prezident, İlham Əliyev, Palata, Sədr, Puan Maharan, todaypress.az,