Prezident İlham Əliyev Trampa qarşı edilən hücuma MÜNASİBƏT BİLDİRDİ
Siyasət
14.07.2024 10:16
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-nin Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampa qarşı təşkil olunmuş sui-qəsdlə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.
TodayPress xəbər verir ki, sözügedən paylaşımda qeyd olunub:
“Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik”.
tag: Prezident, Tramp, Hücum, İlham Əliyev, siyasət,todaypress.az,