Prezident İlham Əliyev Slovakiya liderinə təbrik məktubu göndərdi
Siyasət
01.09.2024 11:19
Prezident İlham Əliyev
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqriniyə təbrik məktubu göndərib.
TodayPress xəbər ki, məktubda
deyilir:
"Hörmətli cənab
Prezident,
Slovakiya
Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və bütün
xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
çatdırıram.
Bu gün Azərbaycan ilə
Slovakiya arasında əlaqələr dinamik inkişaf yolundadır. Enerji sahəsində səmərəli
birgə fəaliyyətimizin digər sahələr və istiqamətlər üzrə də uğurla davam
etdiriləcəyinə əminliyimi ifadə edirəm. İnanıram ki, xalqlarımızın maraqlarına
uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə Azərbaycan-Slovakiya
dostluq əlaqələrinin inkişafına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda
qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.
Belə bir əlamətdar gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim əmin-amanlıq
və firavanlıq diləyirəm".
tag: İlham Əliyev, Prezident, Təbrik,Slovakiya,Peter Pelleqrini,todaypress.az,