Prezident İlham Əliyev Polşa Prezidenti ilə görüşdü - YENİLƏNDİ
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 12-də Polşa Respublikasının Prezidenti Andjey
Duda ilə görüşüb.
TodayPress xəbər verir ki, Prezident
İlham Əliyev COP29-da iştirak etdiyinə görə Andjey Dudaya minnətdarlığını
bildirdi. Polşa Prezidenti ilə görüşlərini məmnunluqla xatırlayan dövlətimizin
başçısı Andjey Dudanın ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin
inkişafına töhfə verəcəyinə ümidvar olduğunu dedi.
Andjey Duda
COP29-a dəvətə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edərək, bu
tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğuladı və bununla bağlı
təbriklərini çatdırdı.
Söhbət zamanı
qlobal iqlim gündəliyinin vacibliyi qeyd olundu.
Polşa ilə
Azərbaycan arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair
fikir mübadiləsi aparıldı, Azərbaycan-Avropa İttifaqı əlaqələri və regional
məsələlər müzakirə edildi.
Azərbaycanda
olan Polşa irsi, həmçinin polyak memarların Bakı şəhərində müxtəlif abidələrin
memarlığında iştirakı məsələsi də qeyd olundu.
***
17:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Polşa Respublikasının Prezidenti Andjey Duda ilə görüşüb.
tag: Polşa, Prezident, İlham Əliyev,Andjey Duda, todaypress.az,
