Prezident İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verdi
Siyasət
02.01.2025 18:00
Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Yakov Milatoviçə başsağlığı məktubu göndərib.
TodayPress xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Çetinye şəhərində silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Monteneqro xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".
tag: Prezident ,İlham Əliyev, Azərbaycan, Monteneqro ,todaypress.az,