Prezident İlham Əliyev Konqolu həmkarı ilə görüşdü - YENİLƏNDİ - FOTO
Siyasət
13.11.2024 16:12
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Konqo Respublikasının
Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb.
TodayPress xəbər verir ki, COP29-un yüksək səviyyədə təşkilinə
görə Prezident İlham Əliyevi təbrik edən Deni Sassu-Nqesso ölkəmizə rəsmi səfərini
məmnunluqla xatırladı.
Ali
qonaq Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət etdi.
Görüşdə
ölkələrimiz arasında ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıldı. Azərbaycanın
müxtəlif nazirliklərinin ekspertlərindən ibarət nümayəndə heyətinin tezliklə
Konqoya səfərinin təşkil edilməsi, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı və
digər sahələrdə əməkdaşlıq imkanlarına baxılması məsələsi qeyd olundu. Konqodan
olan tələbələrin ölkəmizdə təhsil almalarına yaradılan şəraitə görə minnətdarlıq
ifadə edildi. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə
toxunuldu.
Dövlətimizin
başçısı COP29-da substantiv məsələlər üzrə də yaxşı nəticələrin əldə olunduğunu
qeyd etdi. Bununla belə, prosesin bundan sonra da, yəni, tədbirin sonuna qədər
davam etdiriləcəyi vurğulandı. Bu xüsusda, Paris Sazişinin 6-cı bəndi üzrə əldə
edilmiş ilkin razılaşmalar müsbət qiymətləndirildi. Həmçinin İtki və Zərərə
Cavab Fondunun fəaliyyətə başlaması və ona əlavə maliyyə töhfələrinin verilməsi
məsələsinə toxunuldu. Görüşdə beynəlxalq maliyyə və bank təsisatları tərəfindən
yeni maliyyə hədəfi ilə əlaqədar bəyan edilən mövqenin bu istiqamətdə müsbət
addım olduğu qeyd edildi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb.
tag: Prezident, İlham Əliyev, Konqo, Görüş, Deni Sassu-Nqesso, todaypress.az,