Prezident İlham Əliyev İordaniya Vəliəhdi ilə görüşdü - YENİLƏNDİ - FOTO
Siyasət
12.11.2024 17:13
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 12-də İordaniya Haşimilər Krallığının Vəliəhdi
Şahzadə II Əl-Hüseyn bin Abdullah ilə görüşüb.
TodayPress xəbər verir ki, Vəliəhd
Şahzadə II Əl-Hüseyn bin Abdullah atası - İordaniya Haşimilər Krallığının Kralı
II Abdullah ibn Əl-Hüseynin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara
görə minnətdarlığını bildirdi, onun da salamlarını Kral II Abdullah ibn
Əl-Hüseynə çatdırmağı xahiş etdi.
Qonaq COP29-un uğurla keçirilməsi
münasibətilə təbriklərini çatdırdı.
İlk dəfə Azərbaycanda olduğunu
bildirən İordaniya Haşimilər Krallığının Vəliəhdi ölkəmizdə gördüyü inkişaf
proseslərinin onda böyük təəssürat hissi yaratdığını dedi.
Söhbət zamanı Qəzzaya humanitar
yardımların göstərilməsində Azərbaycanla İordaniyanın birgə əməkdaşlığı və ölkəmizin
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və
İşlər üzrə Agentliyi (UNRWA) vasitəsilə də Fələstinə humanitar yardımları qeyd
edildi.
***
15.00
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 12-də İordaniya Haşimilər Krallığının Vəliəhdi
Şahzadə II Əl-Hüseyn bin Abdullah ilə görüşüb.
tag: Prezident, İordaniya, İlham Əliyev, II Əl-Hüseyn bin Abdullah , todaypress.az,