Prezident İlham Əliyev Ermənistanın Baş naziri ilə görüşdü - YENİLƏNDİ - FOTO
Siyasət
24.10.2024 17:09
Oktyabrın
24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri
Nikol Paşinyan arasında görüş olub.
TodayPress xəbər verir ki, görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin
irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və
demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
İki ölkənin
xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması
haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və
imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.
***
15.00
Kazan şəhərində XVI BRICS
Sammitinin “Outreach” / “BRICS+” formatında iclası zamanı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri
Nikol Paşinyanla görüşüb.
tag: Prezident, İlham Əliyev, Paşinyan,Ermənistan, todaypress.az,