Prezident İlham Əliyev Donald Trampa başsağlığı verdi
Siyasət
30.01.2025 14:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı verib.
TodayPress xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda bildirib: “Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopter ilə toqquşması nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
tag: Azərbaycan ,Prezident İlham Əliyev ,Amerika ,Donald Tramp,todaypress.az,