Prezident İlham Əliyev Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru ilə görüşdü
Siyasət
20.01.2025 21:59
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “OliverWyman
Group” şirkətinin Baş icraçı direktoru Nik Stader ilə görüşüb.
TodayPress xəbər verir ki, Nik Stader “OliverWyman
Group” şirkətinin beynəlxalq strateji idarəedici şirkət olaraq ölkəmizdə
müxtəlif qurumlarla mümkün əməkdaşlıq istiqamətlərinə toxunub, Azərbaycanın
iqtisadi transformasiya prosesinin, sığorta, maliyyə bazarının müxtəlif
istiqamətlərinin inkişafı, enerji sektorunda, o cümlədən ənənəvi və yaşıl
enerji sahələrində həyata keçirilən layihələrə, kənd təsərrüfatı məhsullarının
ixracına, bölgədə yeni ticarət imkanlarını əhatə etməklə dəyər zəncirinin
lokallaşdırılmasına maraq göstərdiklərini qeyd edib.
O, Azərbaycanın əldə etdiyi uğurları yüksək
qiymətləndirib.
Dövlət başçısı şirkətin Azərbaycana marağını
dəstəkləyərək, ölkəmizin müvafiq qurumları ilə “OliverWyman Group” arasında
əməkdaşlığın qurulması məsələlərinə toxunub.
tag: Prezident, İlham Əliyev, Çin, Görüş, todaypress.az,