Prezident İlham Əliyev çexiyalı həmkarını təbrik etdi
Siyasət
28.10.2024 11:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb.
TodayPress-in məlumatına görə, mətndə
deyilir:
"Hörmətli cənab Prezident,
Çex Respublikasının milli bayramı
münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən
səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan ilə Çexiya
arasında dostluq münasibətlərinin genişlənməsi, əməkdaşlığımızın inkişafı üçün
bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm
cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah
arzulayıram".
tag: Prezident, İlham Əliyev, Təbrik,Petr Pavel,Çex Respublikası, todaypress.az,