Prezident İlham Əliyev Albaniyanın Baş naziri ilə görüşdü
Siyasət
12.11.2024 20:14
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev noyabrın 12-də Albaniya Respublikasının Baş naziri Edi Rama ilə görüşüb.
TodayPress xəbər verir ki, görüşdə əvvəlcə SOCAR, Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi və “Albgaz” şirkəti arasında Anlaşma Memorandumu imzalandı. SOCAR-ın həyata keçirəcəyi bu layihə Albaniyanın Korça şəhərində kömürdən və oduncaqdan istifadənin qarşısını alaraq dekarbonizasiya prosesinə ciddi töhfə verəcək və beləliklə, bu, dekarbonizasiyaya xidmət edən layihə olacaq.
Söhbət zamanı Albaniyanın Baş naziri
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində Prezident İlham
Əliyevə dolğun və məzmunlu çıxışına görə təşəkkür etdi.
Azərbaycan ilə Albaniya arasında münasibətlərimizin
mövcud vəziyyətindən məmnunluq bildirildi, əlaqələrimizin bütün sahələrdə
uğurla inkişaf etdiyi qeyd olundu, turizm, investisiyalar və digər sahələrdə
əməkdaşlıq məsələləri müzakirə edildi, beynəlxalq təşkilatlar çərçivəsində
ölkələrimizin bir-birinə göstərdiyi qarşılıqlı dəstək yüksək qiymətləndirildi
və təqdir olundu.
tag: Albaniya, COP29, Korça, BMT, Azərbaycan, todaypress.az,