Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verdi - FOTO

Siyasət

29.01.2025 09:32

Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir. 

TodayPress xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib. 

Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya salıb. 

Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır.

tag: Prezident,İlham Əliyev,Seçki,Bələdiyyə,Səsvermə,Todaypress.az,

photo