Prezident Cəbrayılın Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış oldu - YENİLƏNDİ
Siyasət
03.10.2024 16:34
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunun Horovlu kəndində
fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar.
TodayPress xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan
rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid
Hacıyev dövlətimizin başçısına və birinci xanıma kənddə görülən işlər barədə məlumat
verdi.
Bildirildi ki, layihələndirilən ümumi ərazi 248
hektardır və perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə
tutulub.
Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi
üçün tikilən 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək
işləri görülür. İnşa olunan evlər iki, üç, dörd və beş otaqdan ibarətdir. Həmçinin
burada məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin tikintisi davam
etdirilir.
Diqqətə çatdırıldı ki, kəndin dayanıqlı su təchizatını
təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün
layihə də həyata keçirilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva kənddə hazır evlərə baxdılar.
Qeyd edək ki, Horovlu kəndinin təməli 2023-ci il
mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
***
12.34
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunun Horovlu kəndində
fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar.
tag: Prezident ,İlham Əliyev ,Horovlu Kəndi ,Sosial Obyektlər, todaypress.az,