Prezident BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxış etdi - YENİLƏNDİ - FOTO
Siyasət
24.10.2024 15:50
Oktyabrın 24-də Kazan şəhərində XVI
BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası keçirildi.
TodayPress xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Əvvəlcə XVI BRICS Sammitinin
“Outreach”/“BRICS+” formatının nümayəndə heyətləri başçıları - iştirakçılar
birgə foto çəkdirdilər.
Rusiya Prezidenti Vladimir Putin
çıxış üçün sözü Azərbaycan Prezidenti İlham Əliyevə verdi.
Dövlətimizin başçısı tədbirdə çıxış
etdi.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli Vladimir Vladimiroviç.
-Hörmətli həmkarlar.
-Xanımlar və cənablar.
Hər şeydən əvvəl dəvətə görə Rusiya
Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə təşəkkürümü bildirmək
istərdim.
Fürsətdən istifadə edərək, Rusiya
Federasiyasını BRICS-də uğurlu sədrliyi münasibətilə təbrik etmək istərdim.
Azərbaycan beynəlxalq münasibətlərdə
çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama
Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib.
Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında
böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib.
Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və
Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.
Öz coğrafi mövqeyindən istifadə edən
və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və
logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat
dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində
olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən
yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük
imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.
Növbəti ayda Bakı ən böyük beynəlxalq
iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin
COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin
və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında
iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə,
istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə
qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail
olunmasına səy göstərəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm.
Prezident Vladimir Putin dedi: Hörmətli
cənab Prezident, çox sağ olun. Həqiqətən, Siz tamamilə düzgün qeyd etdiniz ki,
Azərbaycanın rolu, xüsusilə logistika dəhlizlərinin inkişafında çox mühümdür.
Eyni zamanda, zənnimcə, Rusiyanın, həmçinin digər BRICS dövlətləri ilə artan əmtəə
dövriyyəsini nəzərə alsaq, Qazaxıstan Prezidentinin indicə dediyi kimi, bu da
böyük əhəmiyyətə malikdir.
Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm.
Çox sağ olun.
***
Qeyd edək ki, hazırda 10 üzvü olan
BRICS 2006-cı ildə yaradılıb. Builki BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq
təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş
katibi Antonio Quterreş qatılıblar. BRICS 2009-cu ildən bəri hər il rəsmi
sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi
bloka çevrilib, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal
iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə
çevrilib.
***
14.27
Kazan şəhərində XVI BRICS Sammitinin
“Outreach”/“BRICS+” formatının ilk plenar iclası keçirilib.
TodayPress xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Əvvəlcə XVI BRICS Sammitinin
“Outreach”/ “BRICS+” formatının nümayəndə heyətləri başçıları - iştirakçılar
birgə foto çəkdirdilər.
Dövlətimizin başçısı İlham Əliyev tədbirdə
çıxış etdi.
***
12.12
Kazan şəhərində XVI BRICS Sammitinin
“Outreach”/“BRICS+” formatının ilk plenar iclası keçirilib.
TodayPress xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
tag: Prezident, İlham Əliyev,Kazan Expo,BRICS, Sammit, todaypress.az,
![photo](/uploads/news/671a27bceb456.jpg)
![photo](/uploads/news/671a27f12d25f.jpg)
![photo](/uploads/news/671a2906b1f13.jpg)