Prezident Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunu qəbul edib
Siyasət
03.06.2024 10:27
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Enerji
Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib.
TodayPress
xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısı ilə Fatih Birolun bundan əvvəlki
görüşü məmnunluqla xatırlandı.
Görüşdə
COP29-a hazırlıqla bağlı Azərbaycanda görülən işlər barədə fikir mübadiləsi
aparıldı.
Ölkəmizlə
Beynəlxalq Enerji Agentliyi arasında səmərəli əməkdaşlığın həyata keçirilməsindən
məmnunluq bildirildi. Azərbaycanda yaşıl enerjinin inkişafı istiqamətində
atılan uğurlu addımlar qeyd edildi, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyinə
verdiyi töhfə vurğulandı.
Söhbət
zamanı əməkdaşlığın perspektivləri müzakirə olundu.
tag: Prezident, İlham Əliyev, Enerji, İcra,Fatih Birol, todaypress.az,