Prezident: “Azərbaycana qarşı ərazi iddialarına konstitusional əsasda son qoyulmalıdır”

Siyasət

13.07.2024 15:22

Azərbaycana qarşı ərazi iddialarına konstitusional əsasda son qoyulması vacibdir.

TodayPress-in xəbərinə görə, bunu Prezident İlham Əliyev ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidi qəbul edərkən bildirib.

Dövlət başçısı Azərbaycanın sülh gündəliyinə sadiqliyini vurğulayıb və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusiyasında dəyişiklərin aparılmasının, Azərbaycana qarşı ərazi iddialarına konstitusional əsasda son qoyulmasının vacibliyini qeyd edib.

tag: Prezident, İlham Əliyev, Azərbaycan, Sülh, Ermənistan, todaypress.az,