Polşa Azərbaycana yeni səfir təyin etdi

Siyasət

18.04.2025 17:33

10

Pavel Radomski Polşanın Azərbaycandakı yeni səfiri təyin edilib. 

TodayPress bu barədə Ukrayna səfiri Yuri Qusevin Qarabağ bölgəsinə səfərindən etdiyi paylaşıma istinadən xəbər verir. 

"Ukraynaya dəstək verən dostlarla görüşmək həmişə xoşdur! Biz Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkelyaviçyus, həmçinin Latviya səfiri Edqars Skuya ilə çox səmərəli müzakirələr apardıq. Həmkarlarımızla birlikdə Polşanın Azərbaycandakı diplomatik missiyasının yeni rəhbəri Pavel Radomskini səmimiyyətlə salamlayırıq" deyə Ukrayna səfiri yazıb. 

Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri (səfirlər və müşavirlər) bu gün Qarabağ bölgəsində tikinti-bərpa işləri ilə tanış olmaq üçün Xankəndi və Şuşada olublar.

tag: Polşa,Azərbaycan,Səfir,Təyinat,Todaypress.az,