Peter Mixalko Azərbaycanın dörd hərbçisinin vəfatı ilə bağlı başsağlığı verdi
Siyasət
31.07.2024 21:48
Avropa İttifaqının Azərbaycandakı
Nümayəndəliyinin rəhbəri Peter Mixalko azərbaycanlı dörd hərbçinin vəfat etməsi
ilə bağlı başsağlığı verib.
TodayPress xəbər
verir ki, bu barədə Aİ diplomatı "X" hesabında paylaşım edib.
"Dörd Azərbaycan hərbçisinin
hərbi xidmətdən kənarda həlak olması ilə bağlı dərin hüznlə başsağlığı verirəm.
Onların matəmdə olan ailələrinə, dostlarına və həmkarlarına dərin hüznlə
başsağlığı verirəm".
Qeyd edək ki, iyulun 30-da Azərbaycan
Ordusunun 4 hərbçisi xidmətdən kənarda olarkən Laçında kükürd qazlı sularda çimərkən
zəhərlənərək vəfat edib.
tag: Peter Mixalko, Hərbçi, Laçın, Aİ, X, todaypress.az,