Pavel Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi
Çex Respublikasının prezidenti Petr Pavel Azərbaycanın adıçəkilən ölkəyə təyin edilmiş yeni səfiri Yaşar Əliyevin etimadnaməsini qəbul edib.
TodayPress xəbər verir ki, bu barədə Petr Pavel “X” platformasındakı paylaşımında bildirib.
Yaşar Əliyev etimadnaməsini Çex Respublikasının Prezidentinə təqdim edib.
Xatırladaq ki, Yaşar Əliyev ötən ilin dekabrında Azərbaycanın Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
tag: Çex,Prezident,Petr Pavel,Azərbaycan ,Yaşar Əliyev,todaypress.az,