Patriarx Kirill Bakıya səfərə gəldi
Rus Pravoslav Kilsəsinin rəhbəri patriarx Kirill rəsmi səfərlə Bakıya gəlib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Pravoslav Kilsəsinin rəsmi saytında məlumat yerləşdirilib.
Səfərdə patriarxı onun şəxsi katibi, Ramen yepiskopu Aleksey (Turikov) müşayiət edir.
Hava limanında patriarxı Bakı və Azərbaycan yepiskopu Aleksey (Smirnov), Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Sahib Nağıyev qarşılayıblar.
Qiymət Mahir
tag: Rus Pravoslav Kilsəsi,Patriarx,Bakı,Səfər,todaypress.az,

