Paşinyandan KTMT ilə bağlı gözlənilməz AÇIQLAMA

Siyasət

31.08.2024 14:34

“Ermənistan hazırda KTMT-nin bütün qurumlarında iştirakını dondurub və hələlik başqa qərarlar qəbul etmək fikrində deyil”. 

TodayPress “TASS”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

“Biz KTMT-nin bütün orqanlarında fəaliyyətimizi dondurmuşuq və indiki mərhələdə bunu kifayət hesab edirik, lakin bu, gələcəkdə fərqli qərar qəbul etməyəcəyimiz anlamına gəlmir” deyə o bildirib.  

Günəş Mərd

tag: KTMT, Ermənistan, Nikol Paşinyan, Qərarlar, Fəaliyyət, todaypress.az,