Paşinyan: “Azərbaycanla birbaşa danışıqlar nəticə verir”

Siyasət

31.08.2024 13:08

“Azərbaycanla birbaşa danışıqlar müsbət nəticə verir”.

TodayPress “TASS”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib. 

“Azərbaycanla uzun müddətdir ki, ikitərəfli formatda iş gedir. Dünən delimitasiya ilə bağlı komissiyanın işinə dair Əsasnamə imzalanıb və nə qədər ki, ikitərəfli format nəticə verəcək, biz bunu davam etdirəcəyik” deyə Paşinyan  qeyd edib.

O, həmçinin Putinlə telefon danışığı zamanı bildirib ki, İrəvan indi Bakı ilə birbaşa danışıqlara üstünlük verir.

Günəş Mərd

tag: Azərbaycan, Ermənistan, Nikol Paşinyan, Əsasnamə, Putin, todaypress.az,