Parlament seçkilərində 991 namizəd mübarizə aparacaq
Növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlanıb.
TodayPress xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, seçki bülletenlərində deputatlığa 991 namizədin adı qeyd olunub.
Qeyd
edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
tag: MSK, Seçkilər,Namizəd,Rövzət Qasımov,Müavin,todaypress.az,