Pakistanın Azərbaycandakı səfiri: “Azərbaycan hökumətinə təşəkkür edirik”
“Azərbaycan hökumətinə və qardaş Azərbaycan xalqına Hindistanın bu son dərəcə təhlükəli gərginlik siyasəti qarşısında göstərdiyi böyük dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm”.
TodayPress xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycan hökuməti də Hindistanın günahsız pakistanlı mülki şəxslərə qarşı bu təcavüzünü qınayıb. Hindistana bir daha çağırış edirik: Daha da gərginliyə səbəb olacaq addımlardan çəkinsin”.
Töhfə Səməd
tag: Azərbaycan ,Pakistan,Səfir,Ölkə,Todaypress.az,