Pakistan səfiri: “Hindistan kimi bacarıqsız ölkəyə bıçaq belə satmaq olmaz”
“Hindistanın uşaqlara, qadınlara qarşı etdiklərini hər kəs görür”.
TodayPress xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin hazırda hansı ölkənin Hindistanın əsas tərəfdarı olduğu ilə bağlı jurnalistlərə danışarkən deyib.
O, konkret olaraq heç bir ölkənin adını çəkmək istəmədiyini bildirib.
“Bu gün Pakistana qarşı istifadə edilən dronlar, pilotsuz uçuş aparatları hamısı vurulub. Bu isə Hindistan hökumətinin hazırkı vəziyyət qarşısında nə qədər aciz və çaşqın olduğunu göstərir. Amma yenə də konkret bir ölkənin adını çəkmək istəməzdim. Sadəcə əgər bir ölkə bu qədər qeyri-rasional və bacarıqsızdırsa, ona silah nədir, heç bıçaq belə satmaq olmaz” deyə səfir fikrini yekunlaşdırıb.
Töhfə Səməd
tag: Pakistan,Səfir,Hindistan,Münaqişə,Todaypress.az,