Pakistan səfiri: “Ermənistanın işğalçılığına səssiz qalanlar, Hindistanın hərəkətlərinə eyni mövqeyi nümayiş etdirirlər”

Siyasət

08.05.2025 15:32

27

“Dünya Ermənistanın işğalçılığı qarşısında necə səssiz qalmışdısa, indi Hindistan məsələsində də eyni hərəkətləri nümayiş etdirir”. 

TodayPress xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin jurnalistlərə danışarkən deyib.

Onun sözlərinə görə, bəzi mühüm dövlətlər öz prioritetlərini elə bir şəkildə müəyyən edirlər ki, bu, digər ölkələr üçün çox təhlükəli nəticələrə səbəb ola bilir. 

“Eyni vəziyyət hazırda bu gərginliyin artması ilə bağlı baş verir. Amma bu dəfə fərq ondadır ki, Hindistan tərəfi beynəlxalq ictimaiyyət tərəfindən sorğu-sual olunur. Hindistandan sübut təqdim etməsi tələb olunur. Dünya onların Pakistan əleyhinə irəli sürdüyü əsassız ittihamları qəbul etmir. Burada əsas məsələ ondan ibarətdir ki, biz beynəlxalq hüququn və beynəlxalq ədalətin pozulduğu hallarda mühüm dünya oyunçularının mənəvi səssizliyini sual altına almalı və sorğulamalıyıq. Belə vəziyyətlər ölkələri öz hüquqlarını qorumaq və bərpa etmək üçün təkbaşına tədbirlər görməyə vadar edir. Diplomatik mövqedən yanaşaraq, ümid edirəm ki, beynəlxalq sistem güclənəcək, BMT daha fəal rol oynayacaq, təkcə Cammu və Kəşmir münaqişəsinin deyil, digər münaqişələrin də həllində”. 

Töhfə Səməd

tag: Pakistan,Səfir,Hindistan,Münaqişə,Todaypress.az,