Pakistan səfiri: “Dünya ictimaiyyəti Hindistandan sübut gözləyir”

Siyasət

08.05.2025 15:25

23

“Dünya ictimaiyyəti hələ də Hindistandan sübut gözləyir”. 

TodayPress xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin jurnalistlərə açıqlamasında deyib.

“Rəhbərliyim ilk gündən Hindistana beynəlxalq, açıq və qərəzsiz araşdırma aparmağı təklif edib. Biz hətta bu beynəlxalq istintaqda iştirak etməyə də hazır olduğumuzu bildirmişik. Lakin dünya ictimaiyyəti hələ də Hindistandan heç bir cavab almayıb.

BMT-nin Baş katibi Hindistana çağırış edib ki, vəziyyəti daha da gərginləşdirəcək addımlardan çəkinilsin və rəsmi araşdırma aparılsın. Yenə də Hindistandan heç bir cavab yoxdur” deyə o diqqətə çatdırıb. 

Töhfə Səməd

tag: Pakistan,Səfir,Hindistan,Münaqişə,Todaypress.az,