Ötən həftə 1 200 hektardan çox ərazi minalardan təmizlənib

Siyasət

14.04.2025 14:50

10

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Bu barədə TodayPress-ə ANAMA-dan verilən məlumata görə, azad olunan ərazilərdə 7-13 aprel tarixləri ərzində 12 tank əleyhinə mina, 86 piyada əleyhinə mina, 224 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 1 245,5 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.

tag: ANAMA, Mina, PHS, Xankəndi, Xocalı, Xocavənd, todaypress.az,